“Yeni sülh planı Kiyev və Brüsselin mövqeləri nəzərə alınmaqla müzakirə olunmalıdır”
“ABŞ Prezidenti Donald Trampın Ukrayna üçün yeni sülh planı Kiyev və Brüsselin mövqeləri nəzərə alınmaqla müzakirə olunmalıdır”. AYNA.AZ “Reuters”ə istinadən xəbər verir ki, bu sözləri Avropa diplomatiyasının rəhbəri Kaya Kallas deyib.
Kallas bildirib ki, “istənilən razılaşma avropalıları və Ukraynanın özünü əhatə etməlidir".
Bu arada, “Reuters”in məlumatına görə, Fransanın xarici işlər naziri Jan-Noel Barro münaqişənin həlli üçün ABŞ-ın sülh planını "təslim olmaq" adlandırıb. Məlumata görə, Ağ Ev öz növbəsində təkliflərə münasibət bildirməyib.