Boris Titov: “Qərb Rusiya üçün keçmiş mərhələdir, gələcək Qlobal Cənuba məxsusdur”
“Avropa Birliyi və ABŞ anti-Rusiya sanksiyalarını ləğv etsə belə, Rusiya bir daha heç vaxt Qərbə üz tutmayacaq. Bu, Moskva üçün keçmiş mərhələdir”. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu sözləri Rusiya Prezidentinin sahibkarların hüquqlarının müdafiəsi üzrə komissarı Boris Titov deyib.
“Bilirsiniz, sabah Vaşinqton və Brüsselin Rusiyaya qarşı bütün sanksiyaları götürəcəyini və yenidən bizə müraciət edəcəyini təsəvvür etsək belə, bir daha Qərbə üz tutmayacağıq”, - deyə Titov qeyd edib.
O əlavə edib ki, Qərb Rusiya üçün keçmiş mərhələdir, gələcək Qlobal Cənuba məxsusdur.
Bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, ABŞ, Aİ-nin əksər ölkələri və Böyük Britaniya Kiyevin cinayətlərinə şərikdir.