Avropa İttifaqı Ukraynaya maliyyə yardımı üçün “B” planı hazırlayıb

Dünya

01.02.2024 - 11:11

cedabet dərman SEO Xidməti

Aİ Macarıstanın vetosuna məruz qalacağı təqdirdə Kiyevə kömək etmək üçün Sülh Fondunun büdcəsinin artımını dəstəkləyəcək

Macarıstanın Baş naziri Viktor Orban Ukraynaya 50 milyard avroluq yardım paketinin qəbuluna mane olarsa, Avropa İttifaqı (Aİ) ölkələri nümayəndələrin növbəti görüşündə Avropa Sülh Fonduna ayrılan vəsaitin artırılmasını müdafiə edəcək. Eyni zamanda, Brüssel və Budapeşt arasında müvəqqəti razılaşma əldə etməyə çalışacaqlar. AYNA xəbər verir ki, bu barədə “Politico” diplomatik mənbələrə istinadən məlumat yayıb.

İdeya Fondun 5 milyard avroluq büdcəsinin mümkün qədər tez zamanda artırılmasını təsdiq edib razılaşdırmaq və Avropadan birgə silah alışına keçməkdir. Bu qərarı tənqid edən Macarıstan yeni alt bölməsinin - silah təchizatı üçün "Ukraynaya Yardım Fondu"nun yaradılması ilə bağlı mövqeyini yumşaldır. Bununla belə, diplomatlar bildiriblər ki, bütün Avropa paytaxtlarının bunu təsdiq etməsi üçün çox iş görülməlidir.

Bundan əvvəl “Euractiv” xəbər vermişdi ki, Avropa İttifaqı ölkələri Ukraynaya silah tədarükü ilə bağlı yeni qaydalar barədə razılığa gələcəklər ki, bu da Aİ-yə yardımı daha sürətli və uzunmüddətli edəcək. Xüsusilə, Avropa istehsalı olan müdafiə avadanlığının birgə alınması ilə bağlı xərclərin ödənilməsi üçün daha sərt qaydaların tətbiqi, həmçinin veto hüququndan yan keçmə üsulunun tətbiqi nəzərdə tutulur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş