Avropa İttifaqı Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı razılığa gəlir

Dünya

09.12.2025 - 11:36

Rəsmi açıqlamanın bu həftə və ya gələn həftə veriləcəyi gözlənilir

Avropa İttifaqı (Aİ) ölkələri Rusiya Federasiyasına məxsus aktivlərin müsadirə edilməsi ilə bağlı razılaşmanın son mərhələsindədirlər. AYNA.AZ xəbər verir ki, “The Times” qəzetinin Britaniya hökumətindəki məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, bu məsələ ilə bağlı rəsmi açıqlamanın bu həftə və ya gələn həftə veriləcəyi gözlənilir.

Məlumatda deyilir: "Yüksək səviyyəli hökumət mənbələri razılaşmanın yaxınlaşdığına və bu həftə və ya gələn həftə elan ediləcəyinə dair nikbinliklərini ifadə ediblər".

Qəzetin məlumatına görə, razılaşma dondurulmuş Rusiya aktivlərindən əldə edilən vəsaitlərdən istifadə etməklə Ukraynaya 100 milyard funt sterlinqə (133 milyard dollar) qədər potensial vəsaitin ayrılması ilə bağlıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş