AVRO-2020 komandalarının ləqəbləri: “Əjdaha” da var, “Bayquş” da

Maraqlı

14.06.2021 - 16:23

“Ay Ulduzlular” isə “Bizim Uşaqlar”dır

 

AVRO-2020 həyəcanı 1 il gecikmə ilə də olsa başladı. Bir ay davam edəcək həyəcanlı futbol macərasında 24 komandaya həm turnirə xas, həm də illərlə tanınan ləqəbləri yoldaşlıq edəcək. AYNA xəbər verir ki, Bəzi ölkələrin ləqəbləri stadiona gələn bir heyvandan, bəziləri isə bayrağın rənglərindən götürülüb...

 

Gəlin, UEFA tərəfindən tərtib edilən AVRO-2020-də mübarizə aparacaq komandaların ləqəblərinə və mənalarına baxaq. Beləliklə:

 

A Qrupu

 

Türkiyə - “Ay Ulduzlular” və “Bizim Uşaqlar”

 

Qırmızı fon üzərində Ağ aypara və ulduzdan ibarət olan Türk bayrağı eyni zamanda ölkəni idman yarışlarında təmsil edən milli komandaların ləqəbidir. Bu səbəbdən "Aypara və Ulduzlar" Türkiyənin ən məşhur ləqəblərindəndir. Bu turnirdə futbolçular üçün söylənilən başqa bir ləqəb isə sosial mediada geniş yayılan bir həştəqdir: #BizimUşaqlar

 

İtaliya – “Gli Azzurri” (Səma Maviləri), “La Nazionale” (Milli Komanda)

 

İtaliya bayrağı yaşıl, ağ və qırmızı rəngli üç zolaqdan ibarətdir. Bəs niyə Səma maviləri? İtaliyanlar 1861-ci ildə ölkəni vahid bir halda birləşdirməyə nail olmuş Savoyya sülaləsinə hörmətlərini ifadə etmək üçün bu ləqəbdən istifadə edirlər. Buna görə stadiona mavi rəngli formada çıxırlar. Digər ləqəbləri isə çox da təəccübləndirici olmayan “La Nazionale”, yəni Milli Komandadır.

 

Uels – “Y Dreigiau” (Əjdahalar)

Uels bayrağının yaşıl və ağ fon üzərində qırmızı əjdaha, Qvinedd Kralı Cadvaladr dövründən bəri tarix boyu ölkə ilə əlaqələndirilmişdir. Bu gün ölkənin milli komandaları da bu adla adlandırılmağa davam edir.

 

İsveçrə - “A Team” ( A Komandası), “Nati” (Milli Komanda), “Rossocrociati” (Qırmızı Xaçlılar)

 

4 rəsmi dilə sahib (fransız, alman, italiyan, roman) İsveçrə komandasının ləqəbləri də fərqli dillərdədir. A Komandası və Milli Komanda ləqəbləri komandaları ifadə edən sadə ləqblərdir. Qırmızı Xaçlılar mənasını verən “Rossocrociati” isə adını ölkə bayrağından alıb. 

 

B qrupu

 

Danimarka – “De Rød-Hvide” (Qırmızı-Bəyaz), Dinamitler

 

78 yaşlı jurnalist “Nu” Hansenin AVRO-84 üçün yazdığı və nəqarətində “Biz qırmızı, biz bəyaz, biz Danimarka Dinamitiyik” ifadələri səslənən mahnı milli komandanın komanda ləqəbinə çevrilib. Bunun səbəbi də ölkə bayrağının qırmızı və bayaz rənglərdən ibarət olmasıdır.

 

Finlandiya – “Huuhkajat” (Bayquş)

 

2007-ci ildə Helsinki Olimpiya Stadionunda keçirilən oyunda Belçika ilə oyuna ev sahibliyi edən Finlandiyanın matçı zamanı bir bayquş qapı dirəyinə qonub. Bu olaydan sonra fincə bayquş mənasını verən “Huuhkajat” sözü milli komandanın ləqəbinə çevrilib.

 

Belçika – “De Rode Duivels”, “Les Diables Rouges”, “Die Roten Teufel” (Qırmızı Şeytanlar)

 

1905-ci ildə Hollandiya və Belçika arasındakı oyundan sonra Hollandiya mətbuatı belçikalı oyunçuların “Şeytan kimi oynadıqlarını” yazdı. Bundan sonra komandaya Qırmızı Şeytanlar ləqəbi verildi. Bu ləqəb də ölkənin üç rəsmi dilindı – almanca, fransızca və hollandca yazılaraq səsləndirilir.

 

Rusiya – “Sbornaya” və ya “Сборная” (Milli Komanda)

 

1960-cı ildə (Sovet İttifaqı kimi) təşkil edilən ilk Avropa çempionatının qalibi Rusiya, Milli Komanda mənasını verən “Sbornaya” adı ilə tanınır.

 

C qrupu

 

Hollandiya – “Oranje”, “Avtomatik Portağal” (Portağallar)

 

Portağal Hollandiyadakı kral ailəsinin simvoludur. Buna görə ölkənin futbol komandası narıncı rəngdə forma geyinir və ləqəbləri də portağal məansını verən “Oranje” dir. Johan Cruyyf zamanında 1974 və 1978 Dünya Kuboklarının final oyununda komandaya “mexaniki bacarıqları” və oynadıqları “total futbol” səbəbi ilə “Avtomatik Portağallar” ləqəbi verilib. Ancaq bu ləqəb indi nadir hallarda səsləndirilir.

 

Ukrayna – “Synio-Zhovti” və ya “Синьо-жовті” (Mavi-Sarılar)

 

Mavi və sarı Ukraynanın milli rəngləridir. Ölkənin bayrağını ortadan bölən bu iki rəngdən mavi səmanı, sarı rəng isə taxıl sahələrini təmsil edir.

 

Avstriya – “Das Nationalteam” (Milli Komanda), “Unsere Burschen” (Bizim Uşaqlarımız)

 

AVRO-2020 ilə birlikdə bu turnirdə üçüncü dəfə iştirak edəcək Avstriya üçün asanlıqla anlaşılan ləqəblərdən istifadə olunur. "Uşaqlarımız" mənasını verən "Unsere Burschen" Türkiyənin ləqəbi ilə də eynidir.

 

Şimali Makedoniya – “Risovi” (Vaşaq)

 

Makedoniyada 5 dinarlıq sikkənin də bir tərəfində nəsli kəsilməkdə olan Balkan vaşağı var. Komanda da "Lynxes", yəni Vaşaq ləqəbi ilə tanınır.

 

D qrupu

 

İngiltərə - “Three Lions” (Üç Aslan)

 

İngiltərə Milli Komandasının gerbində üç aslanın və Tudor gülün ənənəvi sülalə emblemləri yer alıb. Bu səbəbdən İngilis futbol komandası da "Üç Aslan" olaraq adlandırılır.

 

Xorvatiya – “Vatrenih” (Blazers), “Kockasti” (Dama)

 

“Vatrenih” ləqəbi 1996-cı ildə Xorvat yazıçısı Josip Prudeusın yazdığı “11 Vatrenih” (11 Alovlu) futbol marşının sözlərindən yaranıb. “Kockasti” isə Xorvatiya gerbində qırmızı və ağ dama olan klassik formaları nəzərdə tutur.

 

Çexiya – “Národní tým” (Milli Komanda), “Naši” (Uşaqlarımız)

 

“Národní tým” və ya qısaca “Nároďák” Çexiya futbol komandasının ləqəbi "Milli Komanda" deməkdir. “Naši” və ya "Bizim Uşaqlarımız" da Çex azarkeşləri ilə futbol komandası arasındakı birliyi ifadə edir.

 

Şotlandiya – Tartan Ordusu

 

“Tartan” ənənəvi Şotlandiya naxışına verilən addır. Rəng birləşmələri ilə ölkə daxilində müxtəlif icmaları təmsil edir.

 

E qrupu

 

İspaniya – “La Roja” (Qırmızı), “La Furia Española” (İspan Həvəsi)

 

1920-ci ildə İspaniyanın Antverpen şəhərində təşkil edilən Olimpiadalarda ispanlar gümüş medal qazanan inadkar, sərt və istəkli oyunları və qırmızı formaları ilə "Furia Española", yəni "İspan Həvəsi" adlandırılmağa başladılar. Digər tərəfdən günümüzdə İspaniyanın 'tiki-taka' futboluna daha sadə şəkildə 'La Roja' deyilir.

 

İsveç – “Blågult” (Mavi-Sarı)

 

Ukrayna kimi başqa bir mavi-sarı komanda İsveçdir. İsveçlilər "Blågult" ləqəbini ölkələrinin bayrağından alırlar.

 

Polşa – “Biało-czerwoni” (Ağ və Qırmızı), “Orły” (Qartallar)

 

Polşa Milli Komandasının gerbində qırmızı rəng üzərində ağ qartal ölkənin milli futbol komandasının bu cür adlandırılmasına səbəb olub. Ölkənin bayrağı və futbolçuların forma rəngləri səbəbiylə Polşa komandasına "Ağ və Qırmızı" mənasını verən "Orły" də deyilir.

 

Slovakiya – “Sokoli” (Şahinlər)

 

2015-ci ildə Slovakiya Futbol Federasiyası müasir dövrdə ölkənin ənənələrini əks etdirən bir simvol axtarırdı. Keskin ağlı, sürəti, çevikliyi və amansızlığı səbəbi ilə şahin  mənasını verən “Sokoli” dən istifadə etməyə qərar verdi.

 

F qrupu

 

Portuqaliya - “Seleção das Quinas” (ShieldsKomandası)

 

Portuqaliyanın "Seleção das Quinas" ləqəbi gerbin ortasındakı 5 qalxana bir növ hörməti ifadə edir.

 

Fransa – “Les Bleus” (Mavilər)

 

Üçrəngli bayrağa sahib olan Fransanın "Mavilər" ləqəbi də bayrağın sol zolağından və mavi formalarından yaranıb. Əslində mavi Fransa tarixində kök salmış bir rəngdir. XII əsrə qədər milli rəng kimi sülalə gerblərində tez-tez istifadə edilmişdir.

 

Almaniya – “Nationalelf” (Milli 11), “DFB-Elf” (DFB 11), “Die Nationalmannschaft” (Milli Komanda), “Die Mannschaft” (Komanda)

 

2015-ci ildə Almaniya beynəlxalq olaraq “Die Mannschaft” adlandırıldı. Keçmiş almaniyalı hücumçu Oliver Bierhoff yeni ləqəbdə komandanın nəzərdə tutduğu hər şeyin olduğunu söyləyib: "Yaradıcılıq, keyfiyyət, hörmət, ədalətli oyun"

 

Macarıstan – “Magyarok” (Macarlar), “Nemzeti Tizenegy” (Milli 11)

 

"Magyarok" Macarıstanın yerli etnik qrupu kimi tanınır. 1950-ci ildə Ferenc Puskasın kapitanlığı dövründə komandaya ingilis dilində " Magical Magyars", yəni “Sehrbaz Macəralar”, yad  "Möhtəşəm Macəralar" mənasını verən " Marvellous Magyars" deyildi.

Müəllif: Ayna.az