İran İsrailin hava məkanına tam nəzarətə nail olub
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, İran İsrailin hava məkanına tam nəzarətə nail olub. AYNA.AZ xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
"Mehr" agentliyinin məlumatına görə, bir müddət əvvəl SEPAH İsrailin Təl-Əviv şəhərinin Neve Tzedek rayonunun sakinlərini təxliyə etməyə çağırıb.
İsrail hakimiyyəti SEPAH-ın bəyanatına hələlik cavab verməyib.