İran Prezidenti hökumət rəsmiləri ilə görüş keçirib
İran Prezidenti Məsud Pezeşkian hökumət rəsmiləri ilə görüş keçirib. AYNA.AZ xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.
Bildirilib ki, Pezeşkian hökumət rəsmilərinə hücumlardan dəyən zərərin aradan qaldırılması üçün əhalini səfərbər etməyi və vətəndaşların bu prosesdə iştirakını təmin etməyi tapşırıb.
İran Prezidenti zərərçəkənlərə yardımın göstərilməsinin vacibliyini də vurğulayıb.
Görüş İsrailin hücumları fonunda Prezident Sarayında baş tutub.