“BitLocker” şifrələməsi SSD-nin ardıcıl oxunma sürətini 45 faiz, yazma sürətini isə 40 faiz azalda bilər
Gələcək “Windows 11” yeniləməsi ilə bəzi kompüterlər daha yavaş performans göstərə bilər. AYNA xəbər verir ki, bu barədə “Digital Trends” xəbər verir.
Məlumata görə, “Microsoft” “Windows 11”də məlumatların şifrələmə variantlarını defolt olaraq aktivləşdirmək planlarını təsdiqləyib. Nəşrin mütəxəssisləri bildiriblər ki, bu funksiyaya görə bir çox fərdi kompüterlərin fəaliyyəti ləngiyə bilər.
Daha əvvəl dərc edilmiş testlərə görə, “BitLocker” şifrələməsi SSD-nin ardıcıl oxunma sürətini 45 faiz, yazma sürətini isə 40 faiz azalda bilər.
“Microsoft” mühəndislərinin “BitLocker”in yavaşlama problemini həll edə bilib-bilmədiyi və ya şirkətin bunun diqqətə layiq olmadığına qərar verib-vermədiyi məlum deyil. Korporasiya jurnalistlərin sualına dəqiq cavab verə bilməyib.
Materialda şifrələmənin necə söndürülməsi də təsvir olunub. Bunu etmək üçün “Windows 11” parametrlərinin “Məxfilik və Təhlükəsizlik” bölməsinə keçilməlidir və “BitLocker” seçimi deaktiv edilməlidir.