"Bakcell" parkinq ödənişlərini sürətli etdi

Reklam

30.08.2023 - 15:56

Şirkəti abunəçilərinə parkinq ödənişlərini sürətli ödəmək imkanı yaradıb

"Bakcell" şirkəti abunəçilərinə parkinq ödənişlərini sürətli ödəmək imkanı yaradıb. Artıq abunəçilər parkinq xidmətini mobil balansdan ödəyə biləcəklər.

Xidmətin aktivləşdirilməsi, deaktiv edilməsi sms vasitəsilə həyata keçiriləcək. Üstəlik, sms pulsuzdur. Qiymətlər müəyyən edilmiş tariflərə uyğun olaraq, minimum 30 qəpikdən başlayır.

"Bakcell" abunəçiləri avtomobilin qeydiyyat nişanı və parklanma məntəqəsinin nömrəsini 1181 qısa nömrəsinə SMS göndərərək parkinq zamanını başladacaqlar. Parkinqdən çıxarkən isə, “stop” yazıb 1181 qısa nömrəsinə SMS göndərmək kifayətdir.

Korporativ abunəçilər isə ödənişi yalnız "AzParking" mobil tətbiqi vasitəsilə, həyata keçirə bilərlər.

"Bakcell" şirkəti “Bakcell ilə ən sürətli ol” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirir. Xatırladaq ki, şirkət “NEQSOL Holding”in tərkibinə daxildir.

Müəllif: Ayna.az