"Yeni reallıq kiçik və zəif ölkələr üçün ciddi risklər yaradır və qlobal iqtisadiyyata ciddi zərbə vurur”
“Artıq Üçüncü Dünya müharibəsi başlayıb. Üçüncü Dünya müharibəsinin əsas xüsusiyyətləri təkcə Ukrayna və Yaxın Şərqdəki müharibələr deyil, həm də daha açıq şəkildə mövcud qaydalara əsaslanan beynəlxalq nizamın sona çatmasıdır".
AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu sözləri Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixail Saakaşvili "Facebook" səhifəsindəki paylaşımında yazıb.
Saakaşvili hesab edir ki, köhnə beynəlxalq hüquq ciddi şəkildə zəiflədilib: "Mümkündür ki, bu, dünyada çoxsaylı quru və ya ideoloji əsaslı hərbi münaqişələrə səbəb olacaq. Bu yeni reallıq kiçik və zəif ölkələr üçün ciddi risklər yaradır və qlobal iqtisadiyyata ciddi zərbə vurur”.
"Çin artıq bu yeni dünyanın bir hissəsidir və yaxın aylarda daha da fəallaşacaq. ABŞ öz mövqeyini yenidən nəzərdən keçirməli olacaq. Çünki dünyanın cəhənnəmə yuvarlandığı bir vaxtda o, boş dayana bilməz”, deyə sabiq Prezident əlavə edib.