İrandan İsrailə 8 raket atılıb

Dünya

17.06.2025 - 19:18

İran İsrailə doğru daha bir neçə raket atıb. AYNA.AZ xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, bu raletlərin əksəriyyəti zərərsizləşdirilib.

İsrail televiziyasının 12-ci kanalının məlumatına görə, bu dəfə İran tərəfdən ümumilikdə 8 raket atılıb.

Hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur.

Bundan əvvəl ordu İrandan yeni raket hücumu aşkar etdiyi barədə əhaliyə xəbərdarlıq edib və sakinlərə təhlükəsiz binalara sığınmağı tapşırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş