ATƏT sədrinin Azərbaycana səfəri təxirə salınması səbəbi açıqlanıb

Xəbərlər

15.10.2025 - 11:58

Elina Valtonenin səfərinin yeni tarixi müzakirə olunur

Azərbaycan tərəfi ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenin Bakıya səfərinin təxirə salınmasını təsdiqləyib. AYNA.AZ “Vestnik Kavkaz”a istinadən bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Səfərin yeni tarixi müzakirə olunur.

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Cənubi Qafqaza səfəri çərçivəsində oktyabrın 13-də Bakıda olmalıymış. Valtonenin daha sonra İrəvan və Tiflisə getməsi planlaşdırılırdı.

Azərbaycan XİN ATƏT-in fəaliyyətdə olan sədrinin səfərinin Azərbaycan Prezidenti İlham Əliyevin Yaxın Şərq sammitinə səfəri ilə əlaqədar ləğv edildiyini açıqlayıb.

“Bu səfər oktyabrın 13-nə planlaşdırılmışdı. Lakin Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitinə dəvəti və nümayəndə heyətinin sammitdə iştirakı ilə əlaqədar səfər təxirə salındı”, - deyə nazirliyin rəsmi nümayəndəsi Ayxan Hacızadə deyib.

O qeyd edib ki, hazırda ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycana səfərinin yeni tarixinin razılaşdırılması istiqamətində iş aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş