Rusiyanın Sverdlovski əyalətində bədbəxt hadisə baş verib.AYNA Rusiya mətbuatına istinadən xəbər verir ki, yanacaq daşıyan avtomobilin partlaması nəticəsində 7 nəfər ölüb, daha 2 nəfər isə ağır yanıq xəsarətləri alıb.
Xəsarət alanlar təcili olaraq helikopterlə Yekaterinburqa çatdırılıblar.
İlkin araşdırmalar zamanı partlayan yanacaq avtomibilinin sürücüsünün sərxoş olduğu məlum olub.
Faktla bağlı araşdırmalar aparılır.