Atanın 9 yaşlı qızına işgəncə verməsi ilə bağlı araşdırma aparılır

Xəbərlər

08.06.2021 - 16:42

Qanuni qərarın qəbul edilməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək

 

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Rauf Vəliyevin 9 yaşlı qızı Milana Məlikzadəyə döyərək işgəncə verməsi və bunu keçmiş həyat yoldaşı Təranə Rzayevaya “Whatsapp” vasitəsilə zəng edərək nümayiş etdirməsi ilə bağlı yayılmış videogörüntülərlə əlaqədar hazırda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən araşdırma aparılır. AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə APA-nın sorğusuna cavab olaraq bildirib.

 

Qeyd olunub ki, nəticəsindən asılı olaraq qanuni qərarın qəbul edilməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

 

Müəllif: Ayna.az