Dövlət başçısından iki mühüm təyinat

Xəbərlər

31.10.2019 - 16:20

Prezident İlham Əliyev Xaçmaz və Yevlaxa yeni icra başçıları təyin edib

 

Prezident İlham Əliyev iki rayona yeni icra başçıları təyin edib. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı imzalanan sərəncamlarda deyilir:

 

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

 

Elnur Şahbaz oğlu Rzayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

 

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

 

Anar Aqil oğlu Tağıyev Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilsin.

Müəllif: Ayna.az