Arxiyepiskop: “Mübarizənin yeni mərhələsinə qədəm qoyduq”

Dünya

19.06.2024 - 16:27

Həkimlər Klinikalar SEO Xidməti

Baqrat Qalstanyan: “Mübarizə daha əhatəli və daha geniş miqyaslı olacaq”

“Artıq heç bir legitimliyi olmayan iqtidar yalnız qanla pulunu və mövqeyini qoruyub saxlamaq istəyir. Bunu 12 iyun hadisələri də sübut edir”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri keçirdiyi mətbuat konfransında Ermənistanın “Vətən uğrunda Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan deyib.

Onun sözlərinə görə, iyunun 12-dən sonra mübarizənin yeni mərhələsinə daxil olublar: “Mübarizə daha əhatəli və daha geniş miqyaslı olacaq. Məzmun isə eyni qalır. Hərəkat daha böyük miqyasda, daha böyük təşkilati dəyişikliklərlə davam edir ki, siz tezliklə bunun şahidi olacaqsınız və siz də onların iştirakçısı olacaqsınız”.

Onun sözlərinə görə, bu gün də təqiblər davam edir: “İnsanlar yalnız həqiqət uğrunda mübarizəyə çıxdıqları üçün evlərindən qovulur, qorxxudulur, terrora məruz qalırlar. İş adamlarına da təzyiqlər var. Onlar hər vasitə ilə insanları qorxutmağa çalışırlar, lakin heç kim geri çəkilməyəcək. Bütün bunlara cavabdeh olan şəxs isə bir nəfərdir - hökumətin başında duran yalançı, həm də polisin başında duran, sonuncunun əmrini yerinə yetirən və ya özləri verən adamlar”.

“Bütün faktlarla bağlı hesabat təqdim edəcəyik. Bu müddət ərzində yalnız vətəndaşlar həbs edilib, saxlanılıb və ya həbs olunub, bir nəfər də olsun polisə qarşı heç bir iş başlanmayıb”, - deyən keşiş mübarizəsinin siyasi tərkib hissəsinin dəyişməz qaldığını – indiki hakimiyyətin istefaya göndərilməsi olduğunu deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş