Argentina məhkəməsi İranın daxili işlər nazirinin həbsinə order verib

Dünya

24.04.2024 - 12:23

Argentina Vahidinin həbs edilərək onlara təhvil verilməsi xahişi ilə Pakistan və Şri-Lanka hökumətlərinə müraciət edib

Argentina məhkəməsi İranın daxili işlər naziri Əhməd Vahidinin 1994-cü ildə Buenos-Ayresdə yəhudi icmasının binasının partladılması və 86 nəfərin ölümünə səbəb olan partlayışda əli olması ittihamı ilə beynəlxalq həbs qərarı verib. AYNA xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al Hadath” telekanalı məlumat yayıb.

Vahidi hazırda Pakistandan Şri-Lankaya səfər edən İran nümayəndə heyətinin tərkibindədir.

Qeyd olunur ki, Argentina iranlı nazirin həbs edilərək onlara təhvil verilməsi xahişi ilə Pakistan və Şri-Lanka hökumətlərinə müraciət edib.

Müəllif: Ayna.az