DİM sədri imtahan nəticələri dəyişən abituriyentlərdən danşıb
“Apellyasiya şikayətləri ilə yoxlanılan 200 nəfərə yaxın abituriyentin nəticəsi dəyişib”.
AYNA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
“Biz 100 minlə 200-ü müqayisə edəndə görürük ki, bu, kiçik bir rəqəmdir. Heç yarım faiz də etmir”, - o bildirib.