Antisanitar vəziyyətdə işləyən balıq sexi bağlanıb

Xəbərlər

18.06.2020 - 15:32

cedabet dərman SEO Xidməti

İstifadəyə yararsız olan balıq məhsulları məhv edilib

 

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Gəncə şəhəri, Zeynal Xəlil küçəsində yerləşən, Salmanov Fuad Cəmil oğluna məxsus qanunsuz fəaliyyət göstərən hisə verilmiş balıq istehsalı müəssisəsində reyd keçirilib. Agentlikdən AYNA-ya verilən xəbərə görə, reyd zamanı sexin sanitar-gigiyenik norma və qaydaların tələblərinə cavab vermədiyi, xammalın yuyulmasında istifadə olunan vannaların mütəmadi təmizlənmədiyi, balıqların çirkli və yararsız qablarda duzlanaraq saxlanıldığı məlum olub.

 

Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Baxış zamanı aşkarlanan 145 kq duzlanıb dincə qoyulmuş, 100 kq istehsala hazır vəziyyətdə saxlanılan və 55 kq istifadəyə yararsız olan balıq məhsulları məhv edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş