Antalyada kanat qəzası ilə bağlı 5 nəfər həbs edilib

Dünya

15.04.2024 - 09:41

İş üzrə daha 8 nəfər barəsində məhkəmə nəzarəti tətbiq edilib

Türkiyənin Antalya şəhərində kanatda baş verən qəzası ilə bağlı aparılan istintaq çərçivəsində məhkəmə 5 nəfəri həbs edib. AYNA xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç sosial şəbəkə hesabında yazıb.

Nazir bildirib ki, iş üzrə daha 8 nəfər barəsində məhkəmə nəzarəti tətbiq edilib, bir nəfər isə sərbəst buraxılıb.

Xatırladaq ki, Antalyada kanat kabinəsinin uçması faktı aprelin 12-də axşam saatlarında qeydə alınıb. Şahidlərin sözlərinə görə, kanat yolu güclü silkələnmədən sonra dayanıb. Bundan sonra kabinələrdən biri qırılaraq yerə düşüb. Qəza nəticəsində bir nəfər ölüb, yeddi nəfər yaralanıb.

Yalnız 23 saatdan sonra xilasedicilər digər kabinələrdə köməksiz qalan 174 nəfərin hamısının təxliyəsini başa çatdırıblar.

Müəllif: Ayna.az