Ankarada baş verən yol qəzasında 21 nəfər xəsarət alıb

Dünya

23.08.2023 - 23:48

cedabet dərman SEO Xidməti

Xəsarət alanlar içərisində 7 uşaq da var

Türkiyənin paytaxtı Ankaranın Polatlı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, 21 nəfər yaralanıb.

AYNA "Haber Global"a istinadən xəbər verir ki, qəza Polatlı-Ankara yolunun Polatlı rayonunun Karapınar məhəlləsindəki xəstəxana qovşağında baş verib.

Belə ki, şirkət işçilərini daşıyan xidməti avtomobil əvvəlcə minik, daha sonra yük maşınına çırpılıb.

Xəsarət alanlar içərisində 8-12 yaşlarında 7 uşaq da var.

Qəzadan sonra Ankara-Polatlı yolu 1 saatlıq nəqliyyata bağlanıb, hadisə ilə bağlı araşdırma başlanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş