Amerikalılar Əfqanıstandan çəkilirlər

Dünya

27.05.2020 - 17:58

Tezliklə ABŞ əsgərlərinin sayı 8600 nəfərə qədər azaldılacaq

 

Əfqanıstandakı ABŞ əsgərlərinin sayı tezliklə 8600 nəfərə qədər azalacaq. AYNA xəbər verir ki, bu barədə ABŞ və NATO rəsmiləri açıqlama veriblər. Məsələ koronavirusun yayılması ilə əlaqələndirilir.

 

Qeyd edək ki, fevralın 29-da “Taliban” ilə ABŞ arasında imzalanan və Əfqanıstan hökumətinin neytral qaldığı müqaviləyə əsasən, ABŞ, Əfqanıstandakı qoşun sayını iyulun ortalarına qədər 13000 nəfərdən 8600 nəfərə endirəcək, şərtlərin qane edəcəyi təqdirdə isə, 2021-ci ilin may ayına qədər amerikalı əsgərlər bu ölkəni tamamilə tərk edəcəkdilər. Göründüyü kimi, pandemiya ilə bu müddət daha da tezləşdirilir.

Müəllif: Ayna.az