Hərbi təlimlərdən sonra ABŞ hərbçiləri itkin düşüb
ABŞ-ın Afrika Komandanlığı (AFRICOM) bazar günü bildirib ki, Mərakeşin cənub-qərbində keçirilən çoxmillətli hərbi təlimlərdən sonra iki ABŞ hərbçisi itkin düşüb.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, ABŞ, Mərakeş və “African Lion” təlimində iştirak edən digər ölkələr birgə axtarış-xilasetmə əməliyyatına başlayıb.
“Hadisə ilə bağlı araşdırma davam edir və axtarışlar hələ də aparılır”, - deyə qeyd olunub.
Hadisə təlim zonasında baş verib. Apreldə başlayan hərbi təlimlər Tunis, Qana və Seneqal da daxil olmaqla dörd ölkədə keçirilir və mayın əvvəlində başa çatması planlaşdırılır.