NATO növbəti beş il üçün milyardlarla dollarlıq yeni plan təsdiqləyib

Dünya

23.07.2026 - 13:21

Müttəfiqlər ümumi maliyyələşdirməni 6,5 milyard avroya çatdırıblar

Şimali Atlantika Şurası NATO-nun 2027-2031-ci illər üçün ortaq maliyyələşdirmə planını təsdiqləyib. Bu planda Alyansın növbəti beş il ərzində ortaq prioritetlərə necə investisiya qoyacağı göstərilib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə qurumun Mətbuat Xidməti məlumat yayıb.

Mətbuata açıqlamada deyilir: "Plan müttəfiqlərə NATO-nun gözlənilən resurs tələbləri ilə bağlı aydın və gələcəyə yönəlmiş bir baxış təqdim edir və ümumi maliyyələşdirmənin daha mürəkkəb təhlükəsizlik mühitində Alyansın artan ambisiya səviyyəsinə uyğun olmasını təmin edir".

Qeyd olunub ki, bu qərarın bir hissəsi olaraq, müttəfiq ölkələri 2027-ci il üçün hərbi büdcə, mülki büdcə və NATO Təhlükəsizlik İnvestisiya Proqramı üçün maliyyələşdirmə limitləri barədə razılığa gəliblər və ümumi maliyyələşdirməni 6,5 milyard avroya çatdırıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş