Tramp həlak olan ABŞ hərbçilərinin cənazələrinin qarşılanması mərasimində iştirak edib
ABŞ Prezidenti Donald Tramp İranla münaqişədə bu yaxınlarda həlak olan dörd amerikalı hərbçinin cəsədlərinin geri qaytarılması mərasimində iştirak edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, mərasim Dover Hərbi Hava Qüvvələri Bazasında keçirilib.
Pentaqon rəhbəri Pit Heqset, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn və həlak olanların ailələri də tədbirdə iştirak ediblər.
Qeyd edək ki, İordaniyadakı hava bazalarına endirilən zərbələrdə üç, İraqda isə bir hərbçi həlak olub.
Amerika mediasının məlumatına görə, İranla silahlı münaqişənin başlanğıcından bəri ABŞ hərbçilərinin itkilərinin sayı 18-ə çatıb.