Amerikalı general: “Pentaqon müdafiə xərclərini artırmağa hazır olmalıdır”

Dünya

16.02.2023 - 12:37

cedabet dərman SEO Xidməti

Mark Milli: “Ukraynanın silahlardan istifadə etmə sürəti çox yüksəkdir”

Pentaqon müdafiə xərclərini artırmağa hazır olmalıdır. AYNA xəbər verir ki, bu barədə ABŞ Ordusunun Birgə Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milli “Financial Times”ə müsahibəsində deyib.

General bildirib edib ki, Ukraynanın silahlardan istifadə etmə sürəti çox yüksəkdir.

Milli əlavə edib ki, hərbi əməliyyatların Avropa ərazilərinə qaytarılması ABŞ-ı Qərb ölkələrinin son onilliklərdə irəli sürdüyü müddəalara yenidən baxmağa vadar edir.

"Bu müharibənin dərslərindən biri adi döyüş sursatlarının çox yüksək istehlak nisbətidir və biz bunu düzgün əldə etdiyimizə əmin olmaq üçün öz ehtiyatlarımızı və öz planlarımızı nəzərdən keçiririk", general vurğulayıb.

Milli münaqişənin hərbi təcavüzün dayandırılması zərurətini “möhkəmlik, çəkindirmə və hərbi güc” adlandırıb.

“Moskva və Kiyev arasında atəşkəs yaratmağa cəhd etmək imkanı hələ tükənməyib. Lakin hər iki tərəf açıq şəkildə danışıqlara hazır deyil”, - deyə Milli qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş