Amerikada helikopterin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb

Dünya

23.06.2022 - 08:52

Qəzanın səbəbi hələlik məlum deyil

ABŞ-ın Qərbi Virciniya ştatının Loqan dairəsində "Bell UH-1B" tipli helikopter çərşənbə günü qəzaya uğrayıb. AYNA xarici mediaya istinadla xəbər verir ki, bu barədə yerli WBOY telekanalı xəbər verib. Qeyd olunur ki, göyərtədə olan altı nəfərin hamısı həlak olub.

Məlumata görə, yerli vaxtla saat 17:00 radələrində helikopter magistral yolun yaxınlığındakı dağlıq əraziyə düşüb. Təcili yardım xidməti hadisə yerindədir, magistral yol bağlanıb.

Qəzanın səbəbi hələlik məlum deyil. FAA (Federal Aviasiya Administrasiyası) və ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) hadisənin baş vermə səbəblərini araşdıracaq.

Müəllif: Ayna.az