Amerika yəhudiləri Baydeni antisemitizmdə ittiham edirlər

Dünya

02.05.2024 - 17:40

“Universitet şəhərciklərində şiddətli etirazlar var və onların sayı artmaqda davam edir”

Amerika yəhudi təşkilatlarının ekspertləri ABŞ Prezidenti Co Baydeni Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında münaqişənin başlamasından sonra ölkədə antisemitizmin artmasında ittiham ediblər. AYNA xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

“Son altı ayda antisemitizmlə bağlı vəziyyət daha da pisləşib. Universitet şəhərciklərində şiddətli etirazlar var və onların sayı artmaqda davam edir. Prezident Bayden Milli Qvardiyanı onları sıxışdırmaq üçün çağırmaq hüququna malikdir, lakin bunu etmədi”, - “JewBelong” təşkilatının həmtəsisçisi Arşie Qottesmanın açıqlamasında deyib.

Bundan əlavə, materialın müəllifləri Demokratiyaları Müdafiə Fondunun tədqiqatçısı Hüseyn Əbdül-Hüseynin şərhlərini təqdim ediblər. Onun fikrincə, ABŞ universitet və kolleclərində keçirilən etiraz aksiyaları Ağ Evin yanlış siyasətinin kulminasiya nöqtəsi olub.

Bundan əvvəl Fələstinə dəstək aksiyalarının keçirildiyi bir sıra ABŞ universitetlərində vəziyyətin gərginləşməsi barədə məlumat verilmişdi. Etirazlar Harvard, Kolumbiya Universiteti və məzunları müasir ABŞ siyasi elitasını təşkil edən Viskonsin-Madison Universiteti kimi təhsil müəssisələrini əhatə edib.

Müəllif: Ayna.az