Ölənlər Almaniya vətəndaşlarıdır
Alp dağlarında 35 yaşlı qadın və 7 yaşında iki qız uşağı qar uçqununun altında qalaraq həlak olub.
AYNA xarici KİV-ə istinadən xəbər verir ki, ölənlər Almaniya vətəndaşlarıdır. Onların axtarışı üçün İtaliya hökuməti 70 nəfərdən ibarət qrupu 3 helikopterlə hadisə yerinə göndərib.
Qadın və qızlardan birinin cəsədi Avstriya sərhədi yaxınlığında, Cənubi Tirolda təxminən 2400 metr hündürlükdə olan Val Senales buzlağının yanında tapılıb. Sağ qalan digər qız isə xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.