Almaniyanın XİN başçısı Kiyevdədir

Dünya

11.09.2023 - 15:41

cedabet dərman SEO Xidməti

Annalena Berbok Ukraynaya səfər edib

Almaniyanın xarici işlər naziri Annalena Berbok bu gün Ukraynaya səfər edib. AYNA Ukrayna mediasına istinadən bildirir ki, Berbokun Kiyevə gəlişi təhlükəsizlik səbəbindən əvvəlcədən açıqlanmayıb.

“Bu gün Ukrayna özünün, eyni zamanda, bizim hamımızın azadlığını böyük rəşadət və qətiyyətlə müdafiə edir. Ukrayna bizim arxamızda durduğu kimi, biz də onu müdafiə edəcəyik”, - deyə Almaniya XİN başçısı Kiyevdə deyib.

Nazir əlavə edib ki, hazırda Avropa İttifaqında Ukraynanın üzvlüyü ilə bağlı qərar hazırlanır: “Artıq Ukraynada məhkəmə və qanunvericilik islahatının nəticələri görünür. Hələ irəlidə antioliqarxiya qanunu və korrupsiya ilə mübarizə də var”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş