Almaniyalı general: “Ukrayna yaxın gələcəkdə NATO-ya üzv olmayacaq”

Dünya

27.12.2023 - 11:46

cedabet dərman SEO Xidməti

Harald Kuyat: “Alyans üzvləri bu məsələdə razılaşmayacaqlar

NATO Hərbi Komitəsinin keçmiş sədri, Bundesverin istefada olan generalı Harald Kuyat Ukraynanın yaxın gələcəkdə NATO-ya üzv olmayacağını bildirib. AYNA xəbər verir ki, bu barədə o, alman jurnalisti Flavio fon Witzleben ilə “YouTube”da dərc olunan müsahibəsində bildirib.

Kuyat NATO-nun Ukraynanın qəbulunu dayandırmaq planlarını açıqlayıb. Onun fikrincə, Alyans üzvləri bu məsələdə razılaşmayacaqlar.

“NATO hər bir yeni üzvü bütün üzvlərin konsensusu əsasında dəvət etməlidir. Bu hələ baş verməyib və baş verməyəcək”, general qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş