“İsrail Fələstin anklavında hərbi əməliyyatların səviyyəsini azaltmalı və oraya yardım çatdırmaq imkanlarını genişləndirməlidir”
“İsrail Fələstin anklavında hərbi əməliyyatların səviyyəsini azaltmalı və oraya yardım çatdırmaq imkanlarını genişləndirməlidir”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.
Nazir bildirib ki, Qəzza zolağında humanitar vəziyyət getdikcə pisləşir: “Bu qədər günahsız insanın iztirabları belə davam edə bilməz. Daha az əməliyyata ehtiyac var”.
Berbok əlavə edib ki, anklava çox az humanitar yardım çatır. Nazirin fikrincə, məsələnin həllində mühüm addım Rəfah və Kerem Şalom keçid məntəqələrinin açılması ola bilər: “Lakin bu sərhəd-keçid məntəqələrinin fəaliyyəti indi onları darboğazlara çevirir. Bu davam edə bilməz”.
Bundan əvvəl məlum olub ki, Avropa Komissiyası (AK) 2024-cü ildə Fələstinə humanitar yardım üçün 125 milyon avro ayıracaq.