Almaniyada yaşayan azərbaycanlı jurnalist: “Artıq saxta müxalifətçilik keçmir”

Cəmiyyət

14.11.2019 - 17:16

Ramil İbrahimov: “Kimsə gəlib burada 3-4 il qalandan sonra belə, deportasiya oluna bilər”

 

“Bəllidir ki, vizalar, daha çox maklerlər vasitəsilə alınır. Kimsə deyirsə ki, “sənə kömək edəcəyik, Almaniyada yaşayış hüququ alacaqsan”, yalan deyir. Müəyyən məsələlərdə yardım edərlər. Əvvəllər sığınacaq üçün müraciət ediblər, proseduru bilirlər. Və bir də burada edəcəyin müraciətə yazılı formada kimisə əvvəlcədən hazırlayıb əzbərlədirlər”.

 

Bu barədə AYNA-ya Almaniyada yaşayan azərbaycanlı jurnalist Ramil İbrahimov məlumat verib. O, son zamanlar Almaniyada miqrantlar, eləcə də azərbaycanlı mühacirlərlə bağlı başlayan araşdırmalardan, həmçinin dünəndən bəri yaşanan həbslərdən danışıb.

Mərahim Nəsib