Şübhəlinin evində aparılan axtarışdan sonra təhlükəli kimyəvi maddələr ələ keçirilib
Almaniyanın qərbində sianid və risin zəhərli maddələrindən istifadə etməklə terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə yerli Baş Prokurorluq və polisin məlumatında qeyd edilib.
Səlahiyyətlilərin məlumatına görə, saxlanılan 32 yaşlı İran vətəndaşı hücumu hazırlamaq üçün sianid və risin alıb. Onun islamçı baxışların tərəfdarı olduğu qeyd edilir.
Bundan əlavə, mətbuatda yayılan məlumatlara görə, onun qardaşı da saxlanılıb.
Şübhəlinin evində aparılan axtarışdan sonra təhlükəli kimyəvi maddələr ələ keçirilib. İşlə Terrorla Mübarizə Baş İdarəsi məşğul olur.
Mətbuat yazır ki, təhlükəsizlik xidmətləri dost ölkələrdən birindən evdə hazırlanmış kimyəvi bombadan istifadə etməklə terror aktının hazırlanması barədə məlumat aldıqdan sonra bir neçə gündür ki, iranlını izləyir.