Almaniya XİN başçısı: “Qəzzada vəziyyət son dərəcə ağırdır”

Dünya

10.02.2024 - 17:15

cedabet dərman SEO Xidməti

Berbok: "Qəzzalılar havada yox ola bilməzlər"

Misirlə Qəzza zolağının sərhədində yerləşən “Rəfah” keçid məntəqəsində vəziyyət son dərəcə ağırdır.

AYNA xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.

“Rəfah” nəzarət-buraxılış məntəqəsindəki vəziyyət artıq ağlasığmaz dərəcədə ağırdır. 1,3 milyon insan çox kiçik bir ərazidə hərbi əməliyyatlardan qorunmağa çalışır. İsrail ordusunun “Rəfah”a hücumu humanitar fəlakət olardı. Qəzzalılar havada yox ola bilməzlər”, - o yazıb.

Almaniya XİN başçısı vurğulayıb ki, İsrail özünü HƏMAS-ın terrorundan qorumalıdır, amma eyni zamanda mülki əhalinin əzabını mümkün qədər azaltmalıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş