Almaniya Ukraynaya daha 4 ədəd “Bandvagn 206” zirehli maşını göndərib

Dünya

14.10.2023 - 09:30

cedabet dərman SEO Xidməti

Ukraynaya hərbi yardımların göstərilməsi davam etdirilir

Son bir həftə ərzində Almaniya Ukraynaya daha 4 ədəd “Bandvagn 206” universal maşını tədarük edib. Berlin, həmçinin Kiyevə 82 peyk rabitə terminalı, 4 sərhəd xidməti avtomobili, 50 ədəd dron sensoru, bir neçə qoşqu və yarımqoşqu, 100 min ilk yardım dəsti göndərib.

AYNA APA-ya istinadla bildirir ki, bu, bu, Almaniya hökumətinin Kiyevə göstərdiyi və ya gələcəkdə göstərməyi planlaşdırdığı hərbi yardımların yenilənmiş siyahısının davamıdır.

Xatırladaq ki, ötən çərşənbə axşamı Almaniya Müdafiə Nazirliyi qış ərəfəsində Ukraynaya əlavə hava hücumundan müdafiə sistemləri – “Patriot” və “IRIS-T SLM & SLS”, həmçinin üç ədəd “Leopard” özüyeriyən texnika da daxil olmaqla, 1 milyard avro dəyərində yeni yardım paketi təqdim etdiyini açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş