Bundestaq üzvü: “Sanksiyalardan Rusiyadan çox Almaniya özü zərər çəkdi”
“Almaniyanın anti-Rusiya sanksiyaları tətbiq etmək qərarı yanlış idi. Çünki sanksiyalardan Rusiyadan çox Almaniya özü zərər çəkdi”. AYNA xarici mediaya istinadən bildirir ki, bu fikri Bundestaqın Enerji Komitəsinin rəhbəri Klaus Ernst deyib.
Ernst bildirib ki, söhbət ilk növbədə enerji sektorunda məhdudiyyətlərdən gedir: “Məhdudiyyətlər səmərəsiz oldu və Rusiya iqtisadiyyatına zərər vurmaq məqsədinə nail olunmadı. Məlumatlara görə, Rusiya iqtisadi artıma arxalana bilər. Biz tənəzzülə qədəm qoyuruq: mənfi iqtisadi artım, yəni gələn il 0,5 faiz azalma proqnozlaşdırılır”.
Ernst həmçinin sürətlənmiş qiymət artımı fonunda Almaniyada yüksək inflyasiyanın olacağını proqnozlaşdırıb.
Deputat anti-Rusiya sanksiyalarının ölkə üçün nəticələrinə, xüsusən də alıcılıq qabiliyyətinin azalmasına görə onlardan imtina etməyə çağırıb.