Almaniya birtərəfli qaydada Ukraynaya tank verməyəcək

Dünya

18.12.2022 - 01:07

Həkimlər Klinikalar SEO Xidməti

Şolts: "Biz Ukraynanı bacardığımız qədər dəstəkləyirik"

Almaniya 2023-cü ildə birtərəfli qaydada Ukraynaya Qərb modeli tank verməyəcək.

AYNA xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts “Süddeutsche Zeitung” qəzetinə müsahibəsində deyib.

 

"Birinci, biz Ukraynanı bacardığımız qədər dəstəkləyirik. İkinci, NATO ilə Rusiya arasında birbaşa qarşıdurmanın qarşısını alırıq. Üçüncü, Almaniya tərəfindən heç bir təktərəfli hərəkət olmayacaq. Bu, bizim qətiyyətli, lakin ehtiyatlı olmağımızın meyarıdır. Bu siyasət gələn il də qüvvədə olacaq. Mənim fikrimcə, almanların böyük əksəriyyəti bunu düzgün addım hesab edir” – deyə hökumət başçısı vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş