Alman kəşfiyyatı: “Rusiya hər an Avropaya hücum edə bilər”

Dünya

14.10.2025 - 10:57

"Putin Avropa sərhədlərini sınaqdan keçirmək niyyətindədir"

“Rusiya hər an Avropaya hücum edə bilər“. AYNA.AZ “Bloomberg”ə istinadən bildirir ki, bu barədə Almaniyanın kəşfiyyat rəhbəri parlamentdə keçirilən dinləmələrdə xəbərdarlıq edib.

Onun sözlərinə görə, Putin Avropa sərhədlərini sınaqdan keçirmək niyyətindədir. Bu da “qaynar qarşıdurma”ya çevrilə bilər: “Rusiyanın bu məqsədə çatmaq üçün istifadə etdiyi hibrid hücum vasitələri hər yerdə yayılıb. Bu cür hadisələrin tezliyi Rusiyanın bizə rəqib və döyüşən tərəf kimi baxdığı qarşıdurmanın yeni səviyyəsini ifadə edir”, – Jager Bundestaq üzvlərinə deyib.

Kəşfiyyat rəhərinin sözlərinə görə, hazırda Avropada hər an pozula bilən qeyri-müəyyən sülh hökm sürür və Avropa hərbi əməliyyatlara hazır olmalıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş