Virusa hər yoluxmuş hüceyrə minlərlə yeni virus hissəcikləri yarada bilər
Honkonq universitetinin alimləri koronavirusun artımının ilk görüntüsünü yayıblar.
AYNA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Şəkillərdə 2019-nCoV koronavirusuna yoluxmuş hüceyrə təsvir edilib.
Alimlər bildiriblər ki, virusla hər yoluxmuş hüceyrə minlərlə yeni virus hissəcikləri yarada bilər.
Virusun öyrənilməsi ilə məşğul olan tədqiqatçılardan biri Con Nikols bildirib ki, universitet tədqiqatın nəticələrini virusun ştamlarına girişin olmadığı başqa alimlərə verməyə hazırdır.