Ali təhsil müəssisələrində yenilik

Cəmiyyət

13.10.2021 - 12:42

Həkimlər Klinikalar SEO Xidməti

1000-ə yaxın tələbə İKT ixtisaslarının aktual istiqamətləri üzrə tədris proqramlarına cəlb olunacaq

2021-2022-ci tədris ili ərzində Təhsil Nazirliyi və “Code Academy” şirkətinin əməkdaşlığı çərçivəsində ali məktəblərin ümumilikdə 1000-ə yaxın tələbəsi informasiya texnologiyaları ixtisaslarının aktual istiqamətləri üzrə tədris proqramlarına cəlb olunacaq. Bu barədə AYNA-ya Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ilkin mərhələdə Bakı Dövlət Universiteti və Azərbaycan Texniki Universitetinin müvafiq ixtisaslarda təhsil alan 150-yə yaxın tələbəsinə proqramlaşdırma, şəbəkə administratorluğu, informasiya texnologiyaları mütəxəssisi (helpdesk), sistem və bulud texnologiyaları modullarının öyrədilməsi nəzərdə tutulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş