Ali Radanın deputatı nüvə silahlarının Ukraynaya qaytarılmasına çağırış edib

Dünya

19.02.2024 - 07:26

cedabet dərman SEO Xidməti

Aleksey Qonçarenko: “Bu, bizim yaşamaq üçün yeganə variantımızdır”

Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko 1990-cı illərin ortalarında çıxarılan nüvə silahlarının Ukraynaya qaytarılması ideyası ilə çıxış edib. AYNA xəbər verir ki, deputat bu barədə “Telegram” kanalında yazıb.

Siyasətçinin fikrincə, Kiyev real sanksiyalar təhlükəsinə baxmayaraq, bunu etməlidir.

Deputatın sözlərinə görə, bu halda NATO Ukraynanı Alyansa qəbul etmək istəməz: “Sanksiyalar olacağı təqdirdə Kiyev zərər çəkəcək, lakin başqa çıxış yolu yoxdur”.

“Mən nüvə silahlarının Ukraynaya qaytarılmasını dəstəkləyirəm. Və inanıram ki, bu, bizim yaşamaq üçün yeganə variantımızdır”, - deputat çağırış edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş