Aktaudakı təyyarə qəzasında ölənlərin cənazəsi iki gün ərzində Azərbaycana gətiriləcək

Xəbərlər

26.12.2024 - 13:38

Həkimlər Klinikalar SEO Xidməti

“Qəza nəticəsində xəsarət alanların ölkəyə gətirilməsi günün ikinci yarısında həyata keçiriləcək”

Aktauda təyyarə qəzasında ölənlərin cənazəsi isə iki gün ərzində Azərbaycana gətiriləcək. AYNA xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında AZAL-ın prezidenti Samir Rzayev bildirib.

Qeyd edib ki, qəza nəticəsində xəsarət alanların ölkəyə gətirilməsi günün ikinci yarısında həyata keçiriləcək.

Xatırladaq ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş