Aİ İstanbulda Ukrayna ilə bağlı forum keçirməyi planlaşdırır

Dünya

24.01.2023 - 00:35

Tədbirə Ukrayna hökumətinin nümayəndəsi də dəvət olunacaq

Avropa İttifaqı fevralın 22-də İstanbulda Ukraynada ilə bağlı forum keçirməyi planlaşdırır.

AYNA NTV telekanalına istinadən xəbər verir ki, bu barədə Aİ-nin Türkiyədəki nümayəndə heyətinin rəhbəri Nikolaus Meyer-Landrut deyib.

Meyer-Landrut bildirib ki, onlar bu tədbirə Ukrayna hökumətinin nümayəndəsini dəvət etmək niyyətindədirlər.

"Görüş Avropa İttifaqı tərəfindən Ukraynaya dəstək elan etmək üçün bir fürsət ola bilər", - Aİ nümayəndəsi qeyd edib.

Müəllif: Ayna.az