Ağstafada 83 yaşlı kişini maşın vurub öldürüb

Hadisə

28.08.2021 - 23:17

Piyada xəstəxanaya çatdırılarkən yolda ölüb 

 

Ağstafada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

 

AYNA "Qafqazinfo"ya istinadən xəbər verir ki, "UAZ" markalı avtomobil yolu keçmək istəyən 1938-ci il təvəllüdlü Cahangir Mahmudovu vurub.

 

Ağır yaralanan piyada xəstəxanaya çatdırılarkən yolda ölüb. 

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az