Yabanı çətənə bitkisi yandırılıb
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçiriblər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, tədbir zamanı işğaldan azad edilmiş Xaçındərbənd, Əlimədətli və Əliağalı kəndlərinin ərazisində yabanı halda bitən və çəkisi ümumilikdə 1 tondan artıq olan 3899 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.