"Milli təhlükəsizlik maraqlarımızın siyasiləşdirilməsi qeyri-mümkündür"
ABŞ rezidenti Co Baydenin administrasiyası Nümayəndələr Palatasının respublikaçı senatorlarını Ukrayna və İsrailə yardım sorğusuna görə tənqid edib. AYNA xarici mediaya istinadən bildirir ki, Ağ Evin mətbuat katibi Karine Jan-Piyer konqresmenləri məsələni siyasiləşdirməkdə ittiham edib.
"Milli təhlükəsizlik maraqlarımızın siyasiləşdirilməsi qeyri-mümkündür", - Jan-Pyer vurğulayıb.
Ağ Ev sözçüsü əlavə edib ki, Ukrayna və İsrailə dəstək ABŞ-ın milli təhlükəsizliyi məsələsidir və bunun üçün hesabat tələb etmək Birləşmiş Ştatlar və onun müttəfiqləri üçün dağıdıcı nəticələrə səbəb ola bilər.
Sözçü Nümayəndələr Palatasına İsrailin maliyyələşməsinə təhlükə yarada biləcək siyasi oyunlara qarşı xəbərdarlıq edib.