ABŞ Dövlət katibi sanksiyaların tətbiqini istisna etməyib
ABŞ-ın Dövlət katibi Mayk Pompeo Belarusa qarşı sanksiya tətbiq edilməsini istisna etməyib. AYNA xarici mətbuata istinadən bildirir ki, Belarusda prezident seçkiləri və ondan sonra başlanan etiraz aksiyalarının hökumət tərəfindən zorakılıqla yatırılması cəhdi, Ağ Evi hərəkətə gətirə bilər.
Pompeo da qeyd edib ki, ABŞ hazırda sanksiya tətbiqi və neft tədarükünün dayandırılması məsələlərini nəzərdən keçirir.
“ABŞ-ın hələlik Belarusdakı vəziyyətə necə yanaşacağı müəyyənləşməyib”, - deyə Dövlət katibi vurğulayıb.