AFFA-nın yeni vitse-prezidentləri təyin edilib

İdman

02.04.2024 - 14:28

Vitse-prezident vəzifələrinə Elşad Nəsirov, Balakişi Qasımov və Könül Mehdiyeva təyin olunublar

AFFA-nın yeni vitse-prezidentləri bəlli olub. AYNA xəbər verir ki, bu barədə qurumun yeni prezidenti Rövşən Nəcəf Hesabat-Seçki Konfransından sonra keçirilən mətbuat konfransında deyib.

Vitse-prezident vəzifələrinə Elşad Nəsirov, Balakişi Qasımov və Könül Mehdiyeva təyin olunublar.

İcraçı vitse-prezident seçilən Sərxan Hacıyev eyni zamanda icraçı baş katib vəzifəsini daşıyacaq.

Müəllif: Ayna.az