O, Yasamal qəbiristanlığında dəfn olunub
Həndbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Hikmət Abdullayev dünyasını dəyişib.
AYNA xəbər verir ki, 63 yaşlı mütəxəssis ürək xəstəliyindən vəfat edib.
Ölkəmizi avrokubokda təmsil edəcək “Məhsul” klubunun da baş məşqçisi olan Hikmət Abdullayev fəxri bədən tərbiyəsi və idman işçisi idi.
O, bu gün Yasamal qəbiristanlığında dəfn olunub. (APA)
Allah rəhmət eləsin!
O, bu gün Yasamal qəbiristanlığında dəfn olunub.